"YouTube"da pul qazanmaq daha asan oldu - QAYDALAR DƏYİŞDİ

14-06-2023, 12:11           
"YouTube"da pul qazanmaq daha asan oldu - QAYDALAR DƏYİŞDİ
"YouTube" sosial platforması burada yerləşdirilən video kontentin monetizasiyası, yəni buradan qazanc əldə edilməsi qaydalarını dəyişib.

Digər sosial şəbəkələrlə, o cümlədən Tik-Tok-la böyük rəqabətdə olan "YouTube" daha çox müəllif cəlb eləmək üçün qaydaları daha da asanlaşdırıb.

İyunun 10-dan qüvvəyə minən yeni qaydalara görə, pul qazanmaq hüququ verən abunəçi sayı i ndiyədək olan 1000 nəfərdən 500 nəfərə endirilib, yəni 2 dəfə azaldılıb.
Digər meyarlar da dəyişib, indiyədək monetizasiyaya başlamaq üçün son 3 ayda müəllifin adi videolarına 4 min saat, qısa (Shorts) videolara isə 10 milyon baxış baxış olmalı idi.
İndi isə adi videoların izlənmə tələbi 3000 saata, qısa videolarda isə 3 milyon baxışa endirilib.

Yeni qaydalar bütün dünyada eyni vaxtda tətbiq edilməyəcək – ilk növbədə ABŞ, Böyük Britaniya, Kanada, Tayvan və Cənubi Koreyada olacaq.
Qeyd edək ki, «Tik-Tok» kimi digər platformalar da monetizasiya xüsusiyyətlərinə daxil olmaq üçün tələbləri yumşaltmaqdadırlar.

Qeyd edək ki, "YouTube"da qazanılan pulun 45%-i şəbəkənin özünə çatır, müəllifə isə 55% qalır. (fed.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru