“Rosomaxa”nın yaradıcısı vəfat etdi - FOTO

15-06-2023, 11:44           
“Rosomaxa”nın yaradıcısı vəfat etdi - FOTO
“Marvel” komikslərinin rəssamı Con Romita 93 yaşında vəfat edib.

Bu barədə rəssamın oğlu Con Romita xəbər verib.

“Bunu ürək ağrısı ilə deyirəm - atam yuxuda dünyasını dəyişdi. O, mənim indiyə qədər tanıdığım ən böyük qəlbli insan idi”, - deyə illüstratorun varisi sosial şəbəkə hesabında paylaşım edib.

Con Romita Bruklində çörəkçi ailəsində anadan olub. O, 1947-ci ildə Manhetten Sənaye İncəsənət Məktəbini bitirib, ABŞ ordusunda xidmət edib və 19 yaşında komikslərlə işləməyə başlayıb - rəssamın ilk materialları Eastern Color jurnalının “Famous Funnies” seriyasında dərc olunub.

1966-cı ildə illüstrator Sten Li ilə “Heyrətamiz Hörümçək adam” filmində işləməyə başlayıb. Beləliklə o, layihədə “Hörümçək adam”ın sevgilisi Meri Ceyn Uotsonun yaradıcı olub.
1972-ci ildə Romita “Marvel”in qeyri-rəsmi art direktoru olub, rəsmi olaraq bu vəzifəni bir il sonra icra etməyə başlayıb. Rəssam “Luk Keyc”, “Cəzalandırıcı” və “Rosomaxa” kimi personajların yaradılmasına öz töhfəsini verib.

1996-cı ildə Romita “Marvel”dən ayrılıb və təqaüdə çıxıb.




Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru