Tokioda dünyada ən böyük “Harri Potter” qapalı əyləncə parkı açılıb - FOTO/VİDEO

15-06-2023, 14:14           
Tokioda dünyada ən böyük “Harri Potter” qapalı əyləncə parkı açılıb - FOTO/VİDEO
Tokioda “Harri Potter” filmlərindən ilhamlanan əyləncə parkı açılıb.

“The Warner Bros Studio Tour Tokyo - The Making of Harry Potter” adlı park dünyanın ən böyük qapalı “Harri Potter” attraksionudur. Burada Hoqvarts Məktəbinin dekorasiyaları və ziyarətçilərə özlərini “Harri Potter” filmlərinin iştirakçıları kimi hiss etməyə imkan verəcək texnologiyalar nümayiş olunur.

Xüsusilə, parkda hərəkət edən şəkillər diqqət çəkir.

Qeyd edək ki, Yaponiyadakı qapalı park dünyada ikinci belə attraksiondur. Onun ilk analoqu “Studio Tour London” 2012-ci ildə Londonda açılıb.






Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru