Ginnesin rekordlar kitabına düşən məşhur azərbaycanlı Göygölə səfər edib - FOTOLAR

16-06-2023, 12:38           
Ginnesin rekordlar kitabına düşən məşhur azərbaycanlı Göygölə səfər edib - FOTOLAR
Adı “Ginnesin Rekordlar Kitabı”na düşən Las Veqaslı azərbaycanlı Üzeyir Novruzov bu günlərdə Azərbaycanda səfərdə olub.

BAKU.NEWS xəbər verir ki, Ü.Novruzov ailəsi ilə birlikdə Göygöl rayonunda istirahət edib, Hacıkənd qəsəbəsində yerli sakinlərlə görüşüb. Ü.Novruzov həmçinin paytaxt Bakıda televiziya efirlərinə də dəvət alıb.

Məlumat üçün qeyd edək ki, 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla dünya rekordu qazanan məşhur sirk ustası Üzeyir Novruzov 2014-cü ildən Las Veqas ştatında yaşayır. 2015-ci ildə ABŞ-ın "America's Got Talent" teleşousunda iştirakı ilə dünyada tanınmağa başlayıb. Bu şoudan sonra o, müxtəlif ölkələrin sirklərindən dəvətlər alsa da, müstəqil fəaliyyətə üstünlük verir. Elə o vaxtdan da xüsusi şoularda iştirak edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.