"Bəzi saytlardan xəbəri pulla sildirdim" - Şəbnəm

24-06-2016, 14:20           
"Bəzi saytlardan xəbəri pulla sildirdim" - Şəbnəm
Müğənni Şəbnəm Tovuzlu (Əsədova) bir müddət öncə mediada haqqında yayılan xəbərlərə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, sənətçi bildirib ki, əslində bu xəbərlərlə mətbuatda reklam olunub:

"Öndə gedən insanı ayağından çəkib kənara atmaq istəyirlər. Amma özləri bilmədən məni reklam etdilər. Əslində, reklama ehtiyacım yoxdur. Bir az əsəbiləşdim, ağladım. Yoldaşım dedi ki, nə olub sənə, üzdə olan adamsan, ya çəkil otur evdə, ya da çıx denən ki, həmişə var olacam, gözünüzə batacam. Mən də qərar verdim ki, həmişə tikan kimi gözlərinə batım".

Ş.Əsədova deyib ki, haqqında çıxan xəbərləri saytlardan pul müqabilində sildirib:

"Bu məlumatlar bir insanın mənlə rəqabətinə görə yaranıb. Kimisə öyrədib ki, onun haqda belə yaz, pulu var, verəcək. Pul verdim, çox yerdən xəbərləri sildilər. Burunlarına pul qoxusu dəyib. Amma bu, haram yolla qazanılan puldur. Onu yazdın, gətirib sənə pul verdilər ki, ayıbdır sil onu. Üstəlik üzünə sözlərini də dedilər".

Xatırladaq ki, müğənninin hazırda həbsdə olan general Akif Çovdarov tərəfindən Milli Təhlükəsizlik Nazirliyinə aparıldığı və təhdid edildiyi haqda xəbərlər yayılıb. Yayılan xəbərlərdə xanım müğənninin MTN-ə aparılmasını Akif Çovdarovdan ona sponsorluq etmiş Famil adlı şəxsin xahiş etdiyi bildirilib. Müğənnidən tələb ediblər ki, ona Famil adlı şəxsin bağışladığı mənzili geri qaytarsın.

Vurğulanıb ki, bundan sonra “Qafqaz MTK”nın Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli binasının 3-cü blokunun 2-ci mərtəbəsindəki 3 otaqlı mənzil Familin adamı Abbas Həsənlinin adına keçirilib. Famil adlı şəxs A.Çovdarovun setində olan iş adamı kimi təqdim edilir. Bildirilir ki, Famil və onun şərikləri A.Çovdarovun “krışa”lığı ilə Bakıda çoxmərtəbəli binalar tikiblər. Bakıda tikinti biznesi ilə məşğul olan digər iş adamlarının barəsində generala məlumatlar ötürüb onları sıradan çıxarıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.