Tanınmış aparıcının adından müğənnilərə əxlaqsız TƏKLİF

27-06-2016, 15:57           

Azərbaycanın tanınmış aparıcısını naməlum şəxs təqib edir. Bu, hazırda Xəzər televiziyasının aparıcısı olan Cavid Güldür. Artıq bir neçə aydır ki, onun adından istifadə edən "manyak" peyda olub.

Həmin şəxs özünü Cavid kimi təqdim edərək şou-biznes nümayəndələri ilə WhatsApp vasitəsi ilə yazışır. Hələ bu azmış kimi bəzilərinə nalayiq təkliflər də edir:

"Mənim adımdan bir şəxs tanınmış şəxslərə - müğənnilərə, aktrisalara, aparıcılara, prodüserlərə nalayiq, etikadan kənar söhbətlər yazır.

Bugünlərdə mobil telefonum bir dəqiqə də susmur. Yalan olmasın, 20-yə yaxın adamdan şikayətlə dolu zənglər almışam. Hamısı da bir ağızdan deyir ki, ayıb olsun sənə heç səndən bu cür danışıq gözləməzdik....

İnananlar olduğu kimi həmin şəxsin mən olmadığından şübhələnənlər də olub. Tanımayanlarla da normal salam-sağoldan sonra mədəniyyətsiz söhbətlər edib, mənim adımı ləkələyir. Manyakın əslində kim ola biləcəyini təxmin edə bilmirəm, çünki mənimlə elə bir düşmənçilik aparacaq insan tanımıram" - deyə, Cavid narahatlığını gizlətməyib.

Cavid onun adından istifadə edəni tapa bilmək üçün var gücü ilə çalışır:

"Həmin manyakı tapmaq üçün dost-tanışın verdiyi nömrə ilə əlaqə saxladım və anladım ki, bu insanın psixoloji problemləri var... Onun layiq olduğu cəzanı alması üçün günlərdir çalışıram. Hətta lazımi qurumlara müraciət də etdim. Lakin hələ ki, uğurlu nəticə əldə olunmayıb. Məni yaxından tanıyan və tanımayan insanlara səslənirəm. Mənim 077 ilə başlayan nömrəm yoxdur, elə öz həmişəki nömrəmdəyəm! Əgər sizə də bu mobil operatorla başlayan nömrədən qəfil sms gəlsə, bilin ki, bu, həmin manyakdır!". (1xəbər.com )












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.