Türkiyənin tanınmış aktyoru Nezih Tuncay 71 yaşında dünyasını dəyişib.
APA-nın “Hurriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə aktyorun oğlu Semih Tuncay şəxsi facebook səhifəsində yazıb.
Aktyorun vəziyyəti iyunun 28-də pisləşdiyindən onu xəstəxanaya yerləşdirmişdilər.
Qeyd edək ki, N. Tuncay 1945-ci ildə İstanbulda anadan olub. “Yapraq tökümü”, “Deliha”, “Haqqını halal et” seriallarında, “Tikanlı yol”, “Rus gəlin”, “Patron bilməsin” və s. filmlərdə müxtəlif obrazlar yaradıb.