Xalq artisti çox SƏRT DANIŞDI: “Manafı, Nadiri, Röyanı görməmək üçün...”

30-06-2016, 11:24           

Belə getsə, şou əhli Xalq artisti Yalçın Rzazadəyə müharibə elan edəcək. Belə ki, illərin sənətkarı şou-biznesdə olan müğənniləri tanımadığını bildirib.

Xalq artisti, hətta dəvət aldığı verilişlərə belə şərtlə getdiyini diqqətə çatdırıb: “Mənim sənətim var, özümə hörmət edirəm. Hansısa televiziya verilişinə gedəndə aparıcı ilə şərt kəsirəm və deyirəm ki, mən getdiyim yerdə şou-biznes adamları olmayacaq. Sənətkar hər müğənni ilə eyni verilişdə qonaq ola bilməz. Nəinki şou “Ş” hərfinin adını eşidəndə belə dönüb o yerdən qaçıram. Onları görməmək üçün toylara da getmirəm, pul göndərirəm. Bilirəm ki, ortaya düşüb onu birdən oxuyacaq. Televizorda da onları görəndə kanalı çevirirəm. Bizdə heç şou-biznes də yoxdur. Bunların işi-gücü efirə çıxıb kimisə söymək, qeybət etmək və dalaşmaqdan ibarətdir”.


Y.Rzazadə Nadir Qafarzadə, Manaf Ağayev, Röya və digər müğənniləri tanımadığını deyib: “Adlarını çəkdiyiniz və çəkmədiyiniz, ümumiyyətlə, şou aləmə daxil olan o müğənnilərin heç birini tanımıram. Sənət aləmində tanıdıqlarımdan Azər Zeynalov, Fidan, Xuraman Qasımova bacılarının adını çəkə bilərəm”.
Publika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.