Xalq artisti evlilik proqramına çıxan arvadından danışdı

1-07-2016, 01:12           

Xalq artisti Rəfael Dadaşov “10-dan sonra” verilişində keçmiş həyat yoldaşı Sədaqət Dadaşova ilə münasibətlərindən bəhs edib.
Gununsesi.info xəbər verir ki, R.Dadaşov bildirib ki, keçmiş həyat yoldaşı ilə ayrı evlərdə yaşasalar da, görüşürlər:
“Sədaqət xanımla 1969-cu ildə toyumuzu etmişik. 4 övladımız var. Deməzdim ki, indi bir yerdəyik. Düzdür, hərdən görüşürük. Həmişə onun və uşaqlarımın yanındayam. Əsas odur ki, əlaqəmiz, get-gəlimiz var, oturub-dururuq. Amma ayrı evlərdə yaşayırıq”.
Aktrisa Sədaqət Dadaşova bu yaxınlarda Türkiyədə evlilik verilişinə qatılması ilə gündəmə gəlmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.