Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir

19-05-2024, 12:24           
Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir
Məşhur musiqiçi Pol Makkartni “Sunday Times Rich List”in dərc etdiyi siyahıya görə, ilk britaniyalı milyarder musiqiçidir.

Teleqraf.com xəbər verir ki, 81 yaşlı musiqiçinin varidatı qastrollar, qiymətli bek-kataloq (əvvəllər dərc olunan əsərlər) və hətta “Bitlz” qrupunun “Blackbird” mahnısını ifa edən Beyons tərəfindən kiçik kömək sayəsində artıb.

Varidatı 1 milyard funt sterlinq (təxminən 1,3 milyard dollar) dəyərləndirilən Makkartni Böyük Britaniyada milyarderlərin sayının 2022-ci ildəki 177 nəfərdən cari ildə 165 nəfərədək azaldığı tendensiyanı qabaqlayıb.

Bu, qismən hökumətin gələn ildən “evdən kənarda” vergi statusunun ləğvi planları ilə bağlıdır. Bu sistemə müvafiq olaraq, insanlar öz xarici gəlirlərinə görə Britaniya vergisi ödəmirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru