"Qisasçılar"ın qəhrəmanı Hollivudun "Şöhrət xiyabanı"nda ulduz aldı

25-05-2024, 17:54           
"Qisasçılar"ın qəhrəmanı Hollivudun "Şöhrət xiyabanı"nda ulduz aldı
Məşhur "Marvel" filminin aktyoru Kris Hemsvort Hollivudun "Şöhrət xiyabanı"nda ulduz alıb.

Bununla bağlı mərasimdə aktyorun bir çox pərəstişkarları və həmkarları, o cümlədən "Qisasçılar" ("Avengers") filmindəki rol yoldaşları da iştirak ediblər.

Tədbirə eyni zamanda "Marvel" filmlərində "Dəmir adam" rolunu oynayan kiçik Robert Dauni də qatılıb. O, "Qisasçılar" filminin aktyorlarının Kris Hemsvort haqqında məzəli zarafatlarından danışıb.

Qeyd edək ki, Hollivudun "Şöhrət xiyabanı"ndakı ulduz Kris Hemsvortun kino sənayesindəki karyerasının əhəmiyyətini və uğurunu, həmçinin superqəhrəman film janrının populyarlaşmasına verdiyi töhfəni vurğulayır.

Mənbə: Filmix.biz












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru