Niki Minaj hava limanında saxlanıldı

26-05-2024, 11:14           
Niki Minaj hava limanında saxlanıldı
Tanınmış reper Niki Minaj Niderlandın Şiphol hava limanında saxlanılıb.

Məlumata görə, müğənninin üzərində yüngül narkotik vasitələr aşkarlanıb. O, cərimə ödədikdən sonra sərbəst buraxılıb.

Hərbi polis ABŞ vətəndaşının hava limanında yüngül narkotiklərə görə saxlanıldığını təsdiqləyib, lakin onun kimliyini açıqlamaqdan imtina edib.

Minajın özü sosial media hesabında yazıb ki, hava limanının mühafizəsi onun əşyaları arasında marixuana tapıb.

Qeyd edək ki, Niki Minaj bu həftənin əvvəlində Amsterdamda çıxış edib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru