"YouTube"dan oyunsevərlərə möhtəşəm hədiyyə

30-05-2024, 15:24           
"YouTube"dan oyunsevərlərə möhtəşəm hədiyyə
"YouTube" şirkəti "Playables" oyun xidmətinin sınaq mərhələsinin bitdiyini elan edib. Artıq bu yeni xidmətdən onlayn resursdakı istənilən istifadəçi faydalana bilər.

Bu barədə şirkətin rəsmi bloqunda xəbər verilib.

Bildirilir ki, "Playables" "YouTube"da birbaşa əlçatan pulsuz kazual oyunlar toplusudur. Bölmənin sınaqdan keçirilməsinə keçən il başlanılıb və cari ilin martında başa çatıb.

"Bu tədricən baş verən bir prosesdir - şirkət yaxın aylarda bölmənin əlçatanlığını genişləndirəcək", - deyə şirkətdən vurğulanıb.

Məlumata görə, oyun xidmətini brauzer versiyada "Naviqator" vərəqəsində, həmçinin "YouTube"un əsas səhifəsində, "iOS" və "Android" əsaslı cihazlarda isə mobil tətbiqdə tapmaq olar.

Hazırda "Playables" bölməsi şahmat, krossvordlar (Words of Wonders) kimi oyunlar və "Angry Birds Showdown", "Cut the Rope", "Tomb of the Mask", "Trivia Crack" kimi 75-dən çox populyar mobil əyləncələr ehtiva edir.

"YouTube" komandası, həmçinin istifadəçiləri "Playables"ı təkmilləşdirmək üçün öz ideyalarını bölüşməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru