Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu

31-05-2024, 16:08           
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Aktyorlar Cennifer Lopes və Ben Afflek həyata fərqli baxışlarına görə boşanma ərəfəsindədirlər.

Məşhurlara yaxın mənbə bildirib ki, aktyorlar münaqişələri fərqli qaydada həll etməyə öyrəşiblər. Onun sözlərinə görə, Cennifer Lopes anlaşılmazlıqları müzakirə etməyə üstünlük verir, Ben Afflek isə mübahisə zamanı geri çəkilir. Bundan əlavə, aktyorlar arasındakı fikir ayrılığı uşaq böyütmək və maliyyə məsələlərinə müxtəlif yanaşmalar, habelə daimi işgüzar səfərlər onların arasındakı münasibətləri kəskinləşdirib.

"Onların hər ikisinin müxtəlif şəhərlərdə olmalarını tələb edən çətin işləri var. Zaman keçdikcə Cennifer və Ben arasında effektiv ünsiyyət qurmaq getdikcə çətinləşib, kiçik anlaşılmazlıqlar ciddi mübahisələrə çevrilib", - deyə insayder bildirib.

Xatırladaq ki, bu yaxınlarda Cennifer Lopes və Ben Afflekin münasibətlərində ciddi problemlər olduğu barədə şayiələr yayılıb. Aktyorun təxminən 60 milyon dollar dəyərində olan evindən köçdüyü bildirilirdi.

Mənbə: Us Weekly












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru