Nigardan meyxanaçılara AĞIR SÖZLƏR: “Buna görə sənət cılızlaşıb” - VİDEO

3-06-2024, 10:18           
Nigardan meyxanaçılara AĞIR SÖZLƏR: “Buna görə sənət cılızlaşıb” - VİDEO
“Deyəcəyəm, yeni dilimin bəlasına düşəcəyəm. Kaş ki, meyxanaçılar öz sanbalında olan müğənnilərlə duet oxuyardılar və bu gün sənət bu səviyyəyə çıxmazdı. Sənəti bu hala salmaqlarınln birbaşa səbəbi elə meyxanaçılardır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu “Günaydın, Azərbaycan!” verilişində deyib.

Sənətçi musiqi savadı və sənəti olmayan ifaçılarla duet oxuyan meyxanaçıları efir vasitəsi ilə tənqid edib:

“Meyxanaçılar sənəti olan müğənnilərlə duet oxusaydılar... Söz və musiqi hər zaman bir olmalıdır. Amma bu, musiqini dərindən bilən, səsi və sənəti olan insanla edilsəydi, sənət bu cılız səviyyəyə gəlib çıxmazdı. Belə olan halda müğənni oturub arzulamazdı ki, bir meyxanaçı olsaydı, onunla duet oxuyub, toylara gedib pul qazanardım”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru