Məşhur modellər Fələstinə 1 milyon dollar ianə etdilər

3-06-2024, 15:17           
Məşhur modellər Fələstinə 1 milyon dollar ianə etdilər
Dünyaca məşhur modellər Gigi Hadid və Bella Hadid Fələstinə 1 milyon dollar bağışlayıblar.

Gununsesi.info xəbər verir ki, modeller fələstinli iş adamı Məhəmməd Hadidin qızlarıdır.

Bu gün podiumlarda ən çox axtarılan modellər arasında yer alan Gigi Hadid və Bella Hadid moda sənayesinin ən məşhur adlarıdır.

Bildirilib ki, ianə Qəzzadakı münaqişədən zərər çəkmiş uşaqlar və ailələrə yönəlmiş dörd humanitar təşkilat arasında bərabər paylanacaq.

Bella Hadid bu il Fransanın cənubundakı Kann şəhərində keçirilən 77-ci Kann Film Festivalına da qatılıb.

Hadid Kann küçələrində Fələstinə dəstək verib. Məşhur model Fələstin müqavimətinin simvoluna çevrilən keffiye paltarı ilə diqqət çəkib. Daha əvvəl Qəzzada davam edən müharibə ilə bağlı açıqlama verən model 2021-ci ildə Nyu-Yorkda keçirilən yürüşdə də iştirak edib.

Qeyd edək ki, Hadidin keçmiş hollandiyalı model Yolanda Hadidlə evliliyindən Gigi və Bella ilə birlikdə Ənvər adlı 24 yaşlı oğlu var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.