Rusiyalı məşhur aktyor boş səhifələri olan kitabından heyrətamiz gəlir əldə etdi

18-10-2024, 12:37           
Rusiyalı məşhur aktyor boş səhifələri olan kitabından heyrətamiz gəlir əldə etdi
Rusiyalı tanınmış aktyor, prodüser, bəstəkar və teleaparıcı İvan Urqant "Həyatın şişmiş vəziləri" adlı boş səhifələrdən ibarət kitabının bütün nüsxələrini satmaqla 3.5 milyon rubl (61 min manat) qazanıb.

Oxu.Az-ın verdiyi məlumata görə, o, bu barədə özünün "Instagram" səhifəsində xəbər verib.

Teleaparıcı oxucularına "yarım kəlməyə olan sevgilərinə görə" təşəkkür edib. O, bütün vəsaitin "Mayaklı ev" uşaq hospisinə köçürüləcəyini bildirib.

Qeyd edək ki, "Həyatın şişmiş vəziləri" kitabı yalnız adı, mündəricatı və Urqantın üzü ilə sfinks təsviri olan üz qabığından ibarətdir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru