RTÜK tərəfindən Türkiyənin məşhur evlilik proqramlarına şok cəza verilib.
Musavat.com Türkiyə mətbuatıına istinadən xəbər verir ki, şikayətlər əsasında qiymətləndirilən 6 proqrama 2 milyon 133 min 903 lirə cəza kəsilib. Sözügedən evlilik proqramları arasında Esra Erolun, Seda Sayan ilə Uğur Aslanın, Zuhal Topalın, Seda Akgülün proqramları da var.
RTÜK-dən bildirilib ki, evlilik proqramlarında cəmiyyətin milli və mənəvi dəyərlərinə, ümumi əxlaqa və ailənin qorunması prinsiplərinə zidd hərəkətlər yer alır. Eyni zamanda onlar gender bərabərliyinə tərs düşən, qadınlara istiqamətli təzyiqlərə təşviq edən və qadını istismar edən proqramlardır.
Proqramlara verilən cəzaların miqdarları:
ATV “Esra Erolla izdivac”: 567 min 467 TL Kanal D “Kısmətsə olur”: 397 min 57 TL Show TV "Evlənəcəksən gəl": 382 min 285 TL Star TV "Zuhal Topalla izdivac": 351 min 550 TL Fox TV "Ən yaxşı mənəm": 315 min 786 TL TV 8 "Göz 6": 119 min 758 TL