Madonna uşaqlarını bacısına vəsiyyət etdi

13-02-2017, 22:21           
Madonna uşaqlarını bacısına vəsiyyət etdi
Xəbər verdiyimiz kimi pop kraliça hesab olunan müğənni Madonna daha 2 uşaq övladlığıa götürmək istəyir. Lakin müğənninin yaşı ona əməlli başlı maneə yaradıb.
İstiPress qərb mətbuatına istinadən xəbər verir ki, Madonna 4 yaşlı əkiz bacılar Stella və Esteri sözün həqiqi mənasında övladlığa götürmək istəyir. Malavidən olan bacıları müğənniyə vermək istəməyib. Malavi qanunlarına görə, Madonnanın 58 yaşı olması onlar üçün arzuolunmaz rəqəm hesab edilib. Onlar hesab edib ki, uşaqları böyütməyə Madonnanın ömrü yetməyəcək.

Yaşının maneə olduğunu eşidən müğənni isə təəccüblənib. O, bütün tibbi müayinələrdən keçib və səhhətində problem olmadığını sübut edib.
Qərarından dönməyən müğənni məhkəməni öz xeyrinə qərar verməsi üçün başına gələcək hər hansı bədbəxt hadisə və ya dünyasını vaxtından əvvəl dəyişəcəyi təqdirdə uşaqlara baxacaq şəxsi də tapıb. Belə ki, müğənnini dünyasını dəyişsə, bacısı əkizlərə analıq edəcək.
Bundan başqa müsbət qərar almaq üçün ifaçı evdə çəkilmiş videosunu məhkəmədə təqdim edib. Müğənninin doğma qızı Lurdes və övladlığıa götürdüyü digər 2 uşaqlar da əkiz bacıların gəlişini səbirsizliklə gözlədiklərini bildirib.
İstəyinə nail olan Madonna əkizlərlə yanaşı, onların dayələrini də Nyu Yorkda yerləşən dəyəri 40 milyon dollar olan malikanəsinə gətirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru