“Maşın”da inanılmaz hadisə – Təranə Sərxana butulka atdı

8-06-2017, 10:52           
“Maşın”da inanılmaz hadisə – Təranə Sərxana butulka atdı
Bu gün də “Maşın” şounun növbəti buraxılışı baş tutub.
Xeberman.com axşam.az-a istinadən bildirir ki, bu dəfə də oyun qalmaqalsız ötüşməyib.
Belə ki, naharda müğənni Təranə Qumralla aktyor Sərxan Kərəmoğlu dalaşıb. Söz savaşına ilk öncə müğənni başlayıb və hətta Sərxanı söyüb: “Deyəcəm ki, şalvar geyinib….”.
Bundan sonra Kərəmoğlu Təranəyə canlı yayımda ağzının danışığını bilməyi xahiş edib:
“Canlı yayımda məni iynənin ucu boyna təhqir etsən, onda ağzımdan çıxan sözlərin qarşısını heç kim ala bilməz. Mən “Get, qatığını çal” deməklə səni təhqir etməmişəm. Sən xanımsan, gedib süd alıb, qatığını çala bilərsən. Sən əgər savadlı olsaydın, deyərdin ki, “Onda sən də al əlinə çomağı, get, çobanlığını elə ki, mən qatığımı çalım”. Nə təhər məxluqsunuz siz, nə təhər adamsınız? Hansı kişiliyinizə güvənirsiniz?”.
Daha sonra aktyor da ifaçını söyüb və cavab olaraq T.Qumral ona butulka atıb.
Mübahisənin böyüdüyünü görən cangüdənlər də məşhurları sakitləşdirməyə gəliblər.
Əsəblərinə hakim ola bilməyən S.Kərəmoğlu göz yaşları axıdıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru