Pərviz Bülbülə sevənlərinə müraciət etdi "Burdan üzümü tuturam..."
17-06-2017, 11:21
Tanınmış meyxanaçı Pərviz Bülbülə izləyicilərinə müraciət edib.
BakuNews.Az xəbər verir ki, Bülbülə müraciətində qeyd edib ki, sosial şəbəkələrdə onun adına müxtəlif hesablar açılıb. Meyxanaçının adından istifadə edən yalançı istifadəçilər qızlara hədiyyə söz verib, insanları toylarına gələcəyinə inandırıb.
Bülbülə isə çağırışında sevənlərinə bildirib ki, heç bir sosial media şəbəkəsində yoxdur. Həmin görüntüləri sizə təqdim edirik: