Teymur Əmraha vəzifə verildi

30-07-2017, 12:58           

Əməkdar artist Teymur Əmrah Gəncə Dövlət Filarmoniyasında vəzifəyə təyin edilib. teref.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi artıq bir müddətdir, filarmoniyanın direktoru, xalq artisti Samir Cəfərovun müavini vəzifəsini icra edir.

Qeyd edək ki, filarmoniyanın yeni binasının təməli 2012-ci il yanvarın 21-də qoyulub.

Bir hektardan çox ərazidə tikilən altımərtəbəli binada layihə üzrə 1200 tamaşaçı yeri olan konsert zalı, iki kinozal, açıq havada yay estradası meydanı, şəkil qalereyası, baxış qülləsi yaradılıb. Binada restoran və kafelər, yeraltı qaraj da var. Açılış mərasiminin payızda keçirilməsi nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru