"Üç il “ANS”dən gələn təkliflərə yox demişəm" - Xoşqədəm Hidayətqızı SÜKUTU POZDU

14-04-2015, 13:18           
"Üç il “ANS”dən gələn təkliflərə yox demişəm" - Xoşqədəm Hidayətqızı SÜKUTU POZDU
Hazırda Xoşqədəm Baxşəliyeva ATV-dən ayrılması ilə bağlı mətbuat konfransı keçirir. “Qafqazinfo”nun konfransda iştirak edən əməkdaşının verdiyi məlumata görə, xanım aparıcı ATV-dən ayrılma səbəbini jurnalistlərin diqqətinə çatdırıb:

“Çox təəssüf edirəm ki, bu gün doğma kanalım haqda danışacağam. Beş il öncə layihəm ilə müxtəlif kanallara müraciət etdim və tanınmış sima olmadığım üçün məni qəbul etmədilər. “ATV” isə mənə inandı və layihəmlə tanındım. Bu gün həmkarlarımdan biri dedi ki, düşünürəm ki, bu söhbətlər piarla bağlıdır. “Səni axtarıram” müqəddəs layihədir. Veriliş haqda sosial şəbəkələrdə müxtəlif fikirlər yazılırdı. Mən hər kəsə başa salırdım ki, bu, müqəddəs layihədir, 5 il bütün gücümü “ATV”yə, “Səni axtarıram”a sərf etmişəm. Daha sonra dost kanallarından birində mənim verilişim formasında proqram efirə getdi. Gedib “ATV” rəhbərliyinə yaxınlaşdım və verilişin müəllif hüquqlarını əldə etmək istədiyimi bildirdim. Daha sonra Müəllif Hüquqlarına müraciət etdik, amma müəllif hüquqlarını mənə vermədilər. Bu mənim qüruruma toxundu.

Xoşqədəm Baxşəliyeva ATV-dən nə səbəbə çıxdığını da açıqlayıb:

“Yalana nifrət edirəm. Dəfələrlə “ATV”dən getmək istəyirdim. Üç il “ANS”dən gələn təkliflərə yox demişəm. “ATV” mənə doğma kanaldır, yenidən orada işləyə bilərəm. Yanvarın əvvəlində Vüqar Qaradağlı ilə söhbətimiz oldu. Mənə dedi ki, istəyirəm layihəni yayımdan qaldırım. Əvvəl sezonun axırında verilişi bağlamağa razılaşdıq. Daha sonra məni çağırıb dedi ki, mənə tapşırıblar ki, “Səni axtarıram” efirə getməməlidir. Dedim ki, onda ərizə yazacaqsanız ki, bu layihə Xoşqədəmə aiddir. Yeni verilişə başlamağım üçün o ərizəni mənə vermədi. Bu layihə mənə aiddir. Burada yüzlərlə insanın ümidi, göz yaşı var. Mənə dedi ki, get başqa kanalda layihəni davam etdir, belə bir veriliş yayımlanmayacaq. Təbii ki, inanmadım. Və verilişin hüquqlarını göstərən şəhadətnaməni aldım”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.