Papasının balaları Kannda belə kef edirlər

31-07-2015, 01:20           

Azərbaycanın varlı balalarının ölkədəki dəbdəbəli yaşayış tərzindən media hər zaman yazır. Onların Bakı küçələrində şütüyən və dəyəri bir neçə 100 min dollar olan avtomobilləri də hər zaman göz önündə olub. Amma bu dəfə onların səsi Fransanın Kann şəhərindən gəlir.
FaktXəbər-in məlumatına görə, Fransanın cənubunda yerləşən Kanna kurort şəhərində Azərbaycan dövlət nömrə nişanları olan avtomobillərin fotoları yayılıb. Gözqamaşdıran bahalı maşınların sahibləri uzun yol qət edərək əyləncə axtarışına çıxıblar. Onlar təxminən 4500 km yol gedərək Kann şəhərinə çatıblar. “Mercedes SLS”, “Bentley Continental” və “Lamborghini Aventador” markalı maşınlar plyaj yaxınlığında səliqəli şəkildə park edilib.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru