Aktyor dünyanın ən yaltaq, iki sifətli, ən qorxaq, rəzil, cəsarətsiz və şərəfsiz varlığıdır.

12-08-2015, 11:53           
Aktyor dünyanın ən yaltaq, iki sifətli, ən qorxaq, rəzil, cəsarətsiz və şərəfsiz varlığıdır.
Cənab nazir Əbülfəs Qarayevlə son bir ildə üç dəfə söhbətimiz olub. Axırıncı dəfə dekabrda görüşdük. Ondan sonra nazir müavinləri, şöbə rəhbərləri ilə danışdıq. Orada bir söz dedim və indi də sözümün üstündəyəm. Kaş mən erməni, gürcü, rus aktyoru olaydım, Azərbaycan aktyoru olmayaydım. teref.aznun xəbərinə görə, bu fikirləri Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Əli Nur Ölkə.az-a geniş müsahibəsində səsləndirib.
Əməkdar artist fikrini belə izah edib: “Çünki Azərbaycan aktyorlarının hamısının taleyi Hüseyn Ərəblinskinin, Abbas Mirzə Şərifzadənin taleyidir. Biz ölümə məhkum adamlarıq. Sənətdə heç vaxt xoşbəxtlik görmürük”.
Ə.Nur teatrın direktoru İsrafil İsrafilovla xalq artisti titulu vədinə görə sövdələşməyə getməsi haqda iddiaları təkzib edib: “Məşhur rus tənqidçisi Popov deyir ki, aktyor dünyanın ən yaltaq, iki sifətli, ən qorxaq, rəzil, cəsarətsiz və şərəfsiz varlığıdır. Aktyor heç vaxt durub direktorla, nazirlə, nazir müavini ilə "razborka" edə bilmir. Bu teatrın başında rejissor sənətini, aktyor sənətini, teatrı bilən baş rejissor olmalıdır. Azərbaycan teatrları bu mənada faciə içərisindədir. Çünki hamısı direktor teatrıdır. Direktor adminstrativ işçidir, maliyyə məsələsinə baxır, baş rejissorun, digər rejissorların tapşırığını yerinə yetirir, səhnəni lazım olan avadanlıqlarla təmin edir”.
Aktyor SSRİ xalq artisti Aleksandr Kalyaginin Prezident Putinlə görüşündən misal göstərib: “Deyir, bir saat Putinin qəbulunda oldum, aktyorların maaş, yaşlı aktyorların təqaüd məsələsini qaldırdım. Putin dedi ki, Rusiyada iqtisadi vəziyyət yaxşı deyil, bu məsələni saxlayaq. Prezident sarayından çıxanda eşitdim ki, arxadan səs gəldi. Gördüm ki, prezidentin müşaviridir. Dedi, cənab prezident deyir ki, geri qayıtsın. Qayıtdım, içəri girdim. Putin dedi ki, sənin sözlərin mənə çox toxundu, biz doğrudan da aktyorların maaşını, yaşlı aktyorların isə təqaüdünü artırmalıyıq. Yerindəcə sərəncam verdi. Azərbaycan aktyorları quldurlar. Niyə? İstədiyi rolları oynaya bilmirlər, direktor mane olur. Teatr aləmində belə şeylər var. Aldığın maaş heç məişət xərclərinə çatmır. Direktordan, nazirdən, nazir müavinindən asılısan. Təşəkkür edirəm ki, prezident mükafatı verilir. Bu aktyor üçün böyük şeydir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.