Aytən Səfərovadan sərt reaksiya: "Heç kimi mühakimə etməyin ki, sabah qızınız və ya oğlunuz bədbəxt olmasın."

13-08-2015, 13:23           
Aytən Səfərovadan sərt reaksiya: "Heç kimi mühakimə etməyin ki, sabah qızınız və ya oğlunuz bədbəxt olmasın."
ANS-in aparıcısı Aytən Səfərova bu yaxınlarda ikinci dəfə ailə quran həmkarı Gülnarə Məmmədovanı müdafiə edib.

Axşam.az-ın məlumatına görə, o, aparıcının ünvanına sosial şəbəkədə yazılan təhqirlərə sərt reaksiya verib:

“Bir xanım teleaparıcı həmkarım ikinci dəfə ailə qurmağa hazırlaşır. Allah xoşbəxt etsin, oğullu-qızlı olsun, layiqdir. Bu xanımın xınayaxdı mərasimi olub və oradan şəkillər paylaşıb. Bir sıra xəbər saytlarında bu haqda yayımlanan məqalələrin altında yazılan şərhlər məni məyus etdi. Cəmiyyətdə nə qədər murdar, çirkin, xain, xislətli məxluqlar var imiş. Birinci dəfə evliliyi alınmayan qadının sevincinə şərik olmaq əvəzinə ağızlarına gələni yazırlar: “Utanmır xınayaxdı edir”, “Kül başına, niyə başına qırmızı yaylıq atıb, məgər qızdır?”, “Əvvəllər qadınlar ikinci dəfə ərə getməyə utanardı”, “Şorla yağın fərqi qalmayıb” kimi şərhlər yazılıb. Ən acınacaqlısı isə odur ki, bunları qadınlar yazır. Sizə nə kim neçənci dəfə ərə gedir? Siz kimsiniz, ay kaftarlar, oturub insanı palçığa batırırsınız? Bir özünüzə baxın. Bəlkə də ərləriniz üzünüzə baxmağa iyrənən birisiniz. Bu qədər murdarlıq olar? Paxıllıqdan bağrınız çatlayır. Sizə görə qara çuxa geyib evin küncündə oturmalıdır? Dindirəndə hamı dindən, Allahdan, hədislərdən danışıb, gözlərinin qorasını axıdır. Xanım Xədicədən artıqsız? Namusu pərdə ilə ölçən, gerizəkalılar. Hamınız bala böyüdürsünüz. Heç kimi mühakimə etməyin ki, sabah qızınız və ya oğlunuz bədbəxt olmasın. Bir az insanlığınız olsun. Başqasının xoşbəxtliyinə paxıllıq etməyin. Heç kəs ikinci şansdan məhrum olmamalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.