"Qızım müğənni olsa, onu öldürərəm" - Ayan

13-08-2015, 21:31           
"Qızım müğənni olsa, onu öldürərəm" - Ayan
Müğənni Ayan Babakişiyeva qızı Selenadan bəhs edib.

Axşam.az-ın məlumatına görə, sənətçi “İncə sənət” verilişində övladına musiqiçi olmağa icazə verməyəcəyini bildirib:

“Savadlı xanım olsun, ailə qursun. Müğənni olmaz. Öldürərəm onu. Bu sənət çox nankördür”.

A.Babakişiyeva konsert verməməyinin səbəbini də açıqlayıb:

“Mən həmişə demişəm, "kim konsert verirsə, əla". Amma bununla sən yüksəlmirsən. Elə yerində qalırsan. Gərək elə bir şou göstərəsən ki, hamı ondan danışsın. Azərbaycanda bircə Röya və “Bu şəhərdə”nin konserti anşlaqla keçir. Neçə min izləyici toplaya bilirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru