Şortik geyinən aktyoru və fransız aktrisanı Bakıda toyda döydülər – Bura Fransa deyil

14-08-2015, 20:44           
 Şortik geyinən aktyoru və fransız aktrisanı Bakıda toyda döydülər – Bura Fransa deyil
ODA Teatrının bədii rəhbəri Elmin Bədəlov Bakıda dəvət aldığı toyda döyülüb.

Bu barədə AzNews.az-a açıqlamasında fotoqraf Nihad Qulamzada deyib. O, bildirib ki, hadisə 5-6 gün öncə baş verib: “Yaxın aktyor-rejissor var, bizi toya dəvət etmişdi. Elmin toya şortikdə getmişdi. Fransalı aktrisa da bizimlə idi. Elmin, Anar, Elza və mən toya girəndə gələn qonaqlar bizi pis qarşıladılar. Dedilər ki, “bu nə geyimdir? Toya da şortiklə gələrlər?”. Sonra Elza ilə Elmin rəqs etdi. Bu da toydakıların xoşuna gəlmədi. Məsələ böyüdü. Hamı Elmini “razborka”ya restoranın zalından çölə dəvət eləyirdi. Sonra Elminə hücum çəkdilər. Axırda bəy yaxınlaşdı ki, toydan çıxanda xəbər edin sizi mətbəxdən özümüz çıxaraq”.

N.Qulamzadənin sözlərinə görə, təxminən saat 23-00-da E.Bədəlova oturduğu yerdən arxadan yumruq zərbələri endirməyə başlayıblar: “Hətta qonaqların atdığı yumruq fransız aktrisa Elzaya da dəyirdi. Söyürdülər. Birtəhər aradan çıxa bildik”.

Qeyd edək ki, ODA teatrı bu hadisə olan ərəfədə “MimOda 18+” tamaşasını təqdim edib. Tamaşa ictimaiyyət tərəfindən narazılığa səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru