"Alişer" kod adlı terrorçu zərərsizləşdirildi

15-07-2020, 08:01           
"Alişer" kod adlı terrorçu zərərsizləşdirildi
Yıldırım-1 Cudi dağı əməliyyatında 5 vətəndaşı ölümünə səbəb olmuş "Alişer" kod adlı terrorçu Osman Durmuş zərərsizləşdirilib.

Türkiyınrkiyənin Daxili İşlər Nazirliyi tərəfindən Publika.az-a verilən məlumatda bildirilir: “Daxili təhlükəsizlik əməliyyatları çərçivəsində Şırnak-Silopi Cudi dağı bölgəsində 102 hərbi komanda ilə başlanan Yıldırım-1 Cudi dağı əməliyyatı axtarış-arama fəaliyyətləri zamanı qarşıdurma yaranıb. Savaşda "Alişer" kod adlı Osman Durmuş silahıyla (NEA-15 piyada tüfəngi) birlikdə zərərsizləşdirilib.

Sözügedən terrorçunun 14 apreldə Şure təpə təhlükəsizlik qülləsi inşaatında çalışan bir mülki vətəndaşın və 17 iyunda Celasör təpə bölgəsində yol inşaatında işləyən 4 vətəndaşın qumbara partlayışı nəticəsində həyatını itirməsinə səbəb olduğu təsbit edildi.

Əməliyyat zamanı ələ keçirilən çox sayda mina və qumbara məhv olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru