Kılıçdaroğlu ilə ATA blokunun "nüvə"si 7 bəndlik razılaşma əldə etdi - SİYAHI

24-05-2023, 10:20           
Kılıçdaroğlu ilə ATA blokunun "nüvə"si 7 bəndlik razılaşma əldə etdi - SİYAHI
Xəbər verdiyimiz kimi, ötən gecə Millət İttifaqının lideri Kamal Kılıçdaroğlu ilə 14 may seçkisində 5.2 faiz səs alan ATA blokunun əsas "nüvə gücü" olan Zəfər Partiyasının sədri Ümid Özdağ görüşüb.

Mia.az xəbər verir ki, görüş barədə paylaşım edən Özdağın sözlərinə görə, bu gün yerli vaxtla saat 11.000-da (Bakı vaxtı ilə saat 12.00) birgə mətbuat konfransında açıqlama yayacaqlar.

Bu arada isə Sözçü TV-nin məşhur əməkdaşı, jurnalist İsmayıl Saymaz sosial şəbəkədəki səhifəsində maraqlı paylaşım edib.

O bildirib ki, liderlər axşam saatlerina qədər çəkən görüşdə 7 maddəlik bir razılaşma əldə ediblər:

1. Konstitusiyanın ilk 4 maddəsi dəyişməyəcək

2. Konstitusiyanın 66-cı maddəsi olduğu kimi saxlanılacaq.

3. 1924-cü il Konstitusiyasına əməl olunacaq

4. Ölkədəki qaçqınlar 1(suriyalılar) il ərzində göndəriləcək

5. Terrorla effektiv mübarizə aparılacaq

6. Korrupsiyaya qarşı effektiv mübarizə aparılacaq

7. Dövlət təyinatları ləyaqət əsasında aparılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru