ABŞ: Ehtiyac olsa, Ərdoğana dəstək verəcəyik

21-06-2023, 12:34           
ABŞ: Ehtiyac olsa, Ərdoğana dəstək verəcəyik
ABŞ administrasiyası taxıl müqaviləsinin uzadılacağına ümid edir.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, bu baxımdan Amerika tərəfi BMT və Türkiyəyə dəstək vermək niyyətindədir.


“Biz bu təşəbbüsün genişləndirilməsi imkanları baxımından BMT-yə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ehtiyac olduğu təqdirdə dəstəyimizi davam etdirəcəyik, çünki bu, həqiqətən də regiondan çox uzaqlardakı insanlar üçün vacibdir”.

Eyni zamanda o, Rusiyanın taxıl müqaviləsinin şərtlərinə əməl etməməsi ilə bağlı vəziyyəti şərh etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru