Derjavinskdən Kenesarıyə: Qazaxıstanda şəhərlərə verilən qondarma rus adları milliləşdirilir

22-06-2023, 10:54           
Derjavinskdən Kenesarıyə: Qazaxıstanda şəhərlərə verilən qondarma rus adları milliləşdirilir
Qazaxıstanın Akmola vilayətindəki Derjavinsk şəhərinin adı dəyişdirilərək Kenesarı olub.
Qazaxıstan mediası xəbər verir ki, belə bir qərarı Akmola vilayəti Jarkayın rayonunun sakinləri
keçirdikləri toplanışda qəbul ediblər.
Yerli media yazır ki, sakinlərin səs çoxluğu ilə Derjavinsk şəhərinin adının dəyişdirilməsi qərara
alınıb.
Səsləri müşahidəçilər sayıblar.
Qərarın leyhinə səsvermədə iştirak edən 321 nəfərdən 192-si səs verib. 125 nəfər əleyhinə səs
verib, daha 4 nəfər bitərəf qalıb.
İmperiyaya qarşı üsyan
Kenesarı xan 1837-1847-ci illərdə Rusiya imperiyasına qarşı ən böyük üsyana başçılıq edib.
Qazaxıstanda son illərdə küçələrə sovet vaxtı və Rusiya imperiyası dövründə verilmiş adlar da
milliləşdirilir.
Bu ilin aprelində xəbər verilmişdi ki, Karaqanda vilayətinin bir neçə auluna qazax adları verilib.
Ötən il internetdə dərc edilmiş petisiyada Qazaxıstanın şimalındakı şəhərlərin adlarının
dəyişdirilməsi tələb olunurdu.
Pavlodar şəhərinin Ertıs, Petropavlovsk şəhərinin Kızıljar olması təklif edilirdi.
Səsverənlərin əksəriyyəti dəyişikliklərə tərəfdar idi.
pressklub.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru