Kılıçdaroğlu 110 il müddətinə həbs oluna bilər

23-06-2023, 08:44           
Kılıçdaroğlu 110 il müddətinə həbs oluna bilər
Türkiyə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri, prezidentliyə keçmiş namizəd Kamal Kılıçdaroğlu 110 ilə qədər həbs oluna bilər.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyənin “Cumhuriyet” qəzeti yazıb.
Bildirilir ki, onun siyasi fəaliyyətinə də qadağa qoyula bilər. Buna səbəb kimi siyasətçiyə qarşı qaldırılan 28 məhkəmə iddiasıdır. İddiaların bəziləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qaldırılıb.
“Daha əvvəl Kamal Kılıçdaroğlunun deputat toxunulmazlığına malik olduğu üçün bir sıra məhkəmə prosesləri dayandırılmışdı. O, yeni çağırışda deputat seçilmədiyi üçün indi onlara yenidən baxılacaq”, - “Cümhuriyyət” qəzetinin jurnalisti Barış Türkoğlu qeyd edib.
İddia olunur ki, hakim Ədalət və İnkişaf Partiyasının nümayəndələri yaranmış vəziyyətdən istifadə etmək qərarına gəlib və müxalifət namizədinə qarşı prezidenti təhqir etmək ittihamı ilə cinayət işinin başlanması təşəbbüsü ilə çıxış ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.