TFF Superkuboku Azərbaycanda niyə keçirmək istəməyib?- ARAŞDIRMA

30-12-2023, 10:22           
TFF Superkuboku Azərbaycanda niyə keçirmək istəməyib?- ARAŞDIRMA
Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan, lakin sonradan təxirə salınan Türkiyə Superkuboku ilə bağlı maraqlı fakt ortaya çıxıb. Əvvəlcə qarşılaşmanın Azərbaycanda keçirilməsi nəzərdə tutulsa da, Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi bunu istəməyib.

O, bir neçə müddət əvvəl verdiyi açıqlamada bunları deyib: “Təkliflər arasında Azərbaycan, Almaniya vardı. Almaniya təhlükəsizlik səbəbindən buna razılaşmadı. Daha sonra İngiltərəyə müraciət etdik və onlar da razılaşmadı. Azərbaycanda isə pul yoxdur. Səudiyyə Ərəbistanı hazırda futbol markasına çevrilib. Bizim üçün də böyük addım olacaq”.

Türkiyə mətbuatının yazdığına görə, “Fənərbaxça” prezidenti Ali Koç da Səudiyyə Ərəbistanından öncə qarşılaşmanın Azərbaycanda keçirilməsini istəməyib.

Qeyd edək ki, ötən gecə Səudiyyə Ərəbistanında keçirilməli olan qarşılaşma yerli hökumətin komandalara “Atatürk” yazılı köynəklərlə meydana çıxmasına icazə vermədiyi üçün baş tutmayıb.
Mənbə: qafqazinfo.az
Teref. Xocanın bloqu: Sosial şəbəkələrdə yayılan məlumata görə TFF-nin AFFA-ya matçla bağlı müraciətinə AFFA-dan "Pulumuz yoxdur!" cavabı alıblar. Bunun nə qədər doğru olduğunu hər halda AFFA rəsmiləri cavablarında bildirərlər!!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru