Türkiyədə 3 separatçı terrorçu zərərsizləşdirilib

31-12-2023, 11:38           
Türkiyədə 3 separatçı terrorçu zərərsizləşdirilib
Türkiyənin Mardinin Nusaybin ərazisində həyata keçirilən “Qəhrəmanlar-39” əməliyyatında 1-i yaşıl, 1-i boz kateqoriyalı 3 separatçı terror təşkilatı üzvü zərərsizləşdirilib.

Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında paylaşıb.

Nusaybin rayonunun Bağok kənd adlanan ərazisində həyata keçirilən əməliyyatın təfərrüatlarını barədə nazir açıqlama verib. Məlumata görə, Jandarma Baş Komandanlığı Kəşfiyyat İdarəsi və Terrorla Mübarizə Şöbəsinin koordinasiyasında; Mardin İl Jandarma Komandanlığı tərəfindən aparılan kəşfiyyat araşdırmaları nəticəsində Hərbi Hava Qüvvələri Komandanlığı və J-SİHA-ların dəstəyi ilə Nusaybinin Bağok Çölü adlanan ərazidə “Qəhrəmanlar-39” əməliyyatı təşkil edilib.

Zərərsizləşdirilən terrorçuların Daxili İşlər Nazirliyinin Terrorla bağlı Axtarışda olanlar siyahısında yaşıl kateqoriyada olan Piling Mardin kodu Delil Bal, Demhat Amad kodu İslam Ölçay və Suriya milli Welat kodu Raman Lokman Muhammed adlı terrorçular olduğu müəyyən edilib.

Nazir Yerlikaya açıqlamasında bunları yazıb: "Şükürlər olsun ki, şəhidlərimizin qanı yerdə qalmadı. Əməliyyatı həyata keçirən qəhrəman Jandarmamızı təbrik edirəm. Allah rəhmət eləsin. Terrora və onların işbirlikçilərinə qarşı əməliyyatlarımız fasiləsiz olaraq davam edəcək".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.