Türkiyə xarici gəmiləri öz bayrağı altında qeydiyyatdan keçirməyəcək

3-01-2024, 07:14           
Türkiyə xarici gəmiləri öz bayrağı altında qeydiyyatdan keçirməyəcək
Türkiyə hakimiyyəti daha kiçik xarici gəmiləri, əsasən yaxtaları öz bayraqları altında qeydiyyatdan keçirməyəcək.

Bu barədə Türkiyənin Nəqliyyat Nazirliyinin rəhbəri Abdulkadir Uraloğlu bildirib.

“Kiçik xarici gəmilərin Türkiyə bayrağı altında qeydiyyatı üçün müraciətlərin qəbulu prosesi başa çatıb, yeni müraciətlər qəbul edilməyəcək”, - deyən nazir respublikada 2017-ci ildən qüvvədə olan əvvəlki qaydaların tətbiqinin dayandırıldığını qeyd edib.

Uraloğlu onu da bildirib ki, xarici yaxtalar, qayıqlar və digər kiçik gəmilərin Türkiyə bayrağı altında üzməsi üçün müraciətlərin sayı əvvəlcədən müəyyən edilmiş həddi keçib. “Əvvəlki qaydaların müddətinin bitdiyini nəzərə alaraq və müraciət limitinin aşılması ilə əlaqədar bu gündən 2 yanvar müvafiq müraciətlərin qəbulu dayandırılıb”, - deyə türkiyəli nazir vurğulayıb.

O, göndərilən müraciətlərin sayı barədə məlumat verməyib. Hökumətin verdiyi 7 illlik müddət ərzində nə qədər xarici gəminin Türkiyə bayrağı altına keçdiyi açıqlanmır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.