Tokayev: "Dünyanın problemləri bu dövlət olmadan həll edilə bilməz"

3-01-2024, 11:17           
Tokayev: "Dünyanın problemləri bu dövlət olmadan həll edilə bilməz"
"Rusiya elə bir ölkədir ki, onsuz dünyanın heç bir problemini həll etmək mümkün deyil".

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Egemen Qazaqstan" (“Suveren Qazaxıstan”) nəşrinə müsahibəsində deyib.

O, qeyd edib ki, Moskva dünya siyasətində çox mühüm rol oynayır və BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür.

"Sirr deyil ki, bütün dünya Rusiyanın mövqeyini nəzərə alır. Dünyada heç bir problem bu dövlətin iştirakı olmadan həll edilə bilməz. Bu, aydan aydın görünür", - prezident bildirib.

Tokayev əlavə edib ki, o, Rusiya prezidenti Vladimir Putini həm sözdə, həm də əməldə qlobal iqlimə təsir edən şəxs hesab edir.
Hüseyn İbadlpublika












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru