Tokayev növbəti prezident seçkilərində iştirak etməyəcək

3-01-2024, 11:07           
Tokayev növbəti prezident seçkilərində iştirak etməyəcək
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “Egemen Qazaxıstan” qəzetinə müsahibəsində 2026-cı ildə keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini bildirib.

Bununla da Tokayev ikinci dəfə prezident seçkilərində iştirak etmək üçün konstitusiya islahatı aparmaq niyyətində olduğu haqda şayiələrə cavab verib. “Bundan sonra hər kəs istədiyini edə və Konstitusiyaya dəyişiklik edə bilməyəcək”, - prezident bildirib.

Onun fikrincə, Konstitusiyanın prezidentin bir müddətə seçilə biləcəyi bəndi heç vaxt dəyişməməlidir.

Xatırladaq ki, 2022-ci ilin yayında ölkədə Əsas Qanuna dəyişiklik edilməsi haqqında referendum keçirilib. Yeni normalara görə, prezident yeddi il müddətinə seçilir, onun qohumları yüksək dövlət vəzifələri tuta bilməz, bundan əlavə, respublikanın ilk prezidenti Nursultan Nazarbayevin adı Konstitusiyanın mətnindən çıxarılıb.

Aytən Məftun












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.