“YPG ilə hər hansı razılaşma yoxdur” –Türkiyənin dəstəklədiyi ASO-dan açıqlama

31-08-2016, 09:54           

"YPG ilə hər hansı razılaşma yoxdur. Sadəcə aktiv hərbi əməliyyatlara bir müddətlik fasilə verilib".

Bu barədə Azad Suriya Ordusu məlumat yayıb.

Qeyd edək ki, ABŞ Mərkəzi Qüvvələrinin Komandanlığının (CENTCOM) sözçüsü Cozef Votel YPG ilə Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu arasında atəşkəs razılığının imzalandığını bildirmişdi.

Hələlik Türkiyə tərəfi məsələ ilə bağlı açıqlama verməyib(Axar.az).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.