Efirdə hicab biabırçılığı

27-05-2015, 06:50           
Efirdə hicab biabırçılığı
Türkiyədəki özəl tele kanallardan birində nümayiş olunan izdivac proqramının canlı efirində hicab qalmaqalı yaşanıb.

ANS PRESS-in məlumatına görə, hadisə müğənni Seda Sayanın aparıcı olduğu “Evlənəcəksən gəl” adlı proqramda baş verib.

Ailə qurmaq üçün proqrama qatılan və başı örtülü olan Sevgi adlı qadın əslində hicablı olmadığını, verilişdən əvvəl salona getməyə vaxtı olmadığından efirə belə çıxdığını bildirib.

O həmçinin ailə həyatı qurduqdan sonra başını açacağını da vurğulayıb.

Onunla razılaşmayan kürəkənliyə namizəd İsmayıl adlı şəxs, mənə başı açıq gələn, başı açıq qalacaq, hicablı gələn isə yenə belə qalacaq - deyərək etirazını bildirib.

Sevgi isə ərə getmək üçün hicab geyinməyi düşünmədiyini bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.