Türkiyədə universitet rektoru həbs edildi

6-11-2016, 21:53           
Türkiyədə universitet rektoru həbs edildi
Türkiyədə FETÖ/PDY təşkilatlanmasına qarşı həyata keçirilən əməliyyatlar çərçivəsində İğdır Universitetinin rektoru tutulub.

teref.az “lent.az”a istinadən xəbər verir ki, bir neçə gün əvvəl saxlanılan İbrahim Hakkı Yılmaz bu gecə məhkəmə qarşısına çıxarılıb və barəsində həbs qərarı verilib. Onun təşkilata üzv olduğu bildirilir.

Qeyd edək ki, İğdır universitetində məlum hadisələrdən sonra 57 nəfər saxlanılıb və onlardan 11-i barəsində həbs qərarı verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru