“Çörəyimizi, yolumuzu bölə bilərik, ancaq Türkiyəni yox” –Baş nazirdən sərt mesaj

6-11-2016, 22:22           

"Bir yandan FETÖ, PKK, İŞİD, digər yandan bu terrorçuların arxasında duranlarla mübarizə aparırıq. Bu ölkəyə əl uzadanların kökünü qazıyacağıq. Sonunadək gedib, bunları məhv edəcəyik".

Strateq.az xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım bugünkü açıqlamasında deyib.

Onun sözlərinə görə, çörəklərini, yollarını bölüşə bilərlər: "Ancaq Türkiyənin bölünməsinə, buna cəhd edənlərə əsla imkan və aman verməyəcəyik".

Baş nazir CHP lideri Kamal Kılıcdaroğlunun demokratiya çağırışına da reaksiya verib: "Biz, bir yerdə demokratiyaya sahib çıxacağıq. Ancaq demokratiyaya sahib çıxmaq, terrora yol açmaq deyil".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru