Öldürülən prokurorun otağından müəmmalı tapıntılar…

4-04-2015, 15:03           
Öldürülən prokurorun otağından müəmmalı tapıntılar… Türkiyədə 31 Mart olaylarından sonra ölkə gündəmi müəmmalı bir trayektoriya ilə dumandan çıxmağa çalışır. Qardaş ölkə mətbuatında dünənki, gecə əməliyyatları, küçə basqınları ilə qaçırılan prokurorun ölümünü ört-basdır etməyə çalışıldığı iddiası ortaya atılıb.
Hafta.az-ın Habertürkə istinadən verdiyi xəbərə görə, İstanbul Respublika Prokuroru Mehmet Səlim Kirazın ölümü ilə bağlı dünən dəfndən sonra cinayət işi açılıb. Polis əsas cinayət sifarişçisi kimi qruplaşmadan şübhələndiyini bildirib. İstintaqın təfərrüatları hələlik açıqlanmır. Ancaq Səlim Kirazın “2 DHKP-C” tərəfindən girov alındıqdan sonra şəhid edildiyi faktını Türkiyə Daxili İşlər Nazirliyi artıq təsdiqləyib.

İstanbul Terror və Mütəşəkkil cinayətlər Bürosunda aparılan istintaqda, Prokuror Kirazın otağında aşkar edilən dəlillərin maddi sübut kimi götürüldüyü bildirilib. Polisin bildirdiyinə görə, araşdırma zamanı əldə edilən cib telefonları və kompüter üzərində prokuroru qaçıranların əl izləri olub. İstanbul polisi bu dəlillərlə terrorçuların əlaqələri, hadisə anında cib telefonu və internet üzərindən kimlərləsə ünsiyyətə keçdikləri, əlaqə qurduqları ortaya çıxarılacağını deyib.

Məlum olub ki, hücum zamanı 2 terrorçu prokurorun telefonu və kompüteri ilə internet üzərindən xaricdəki naməlum şəxslərlə bəzi danışıqlar aparıblar.

Prokuror Kirazın öldürülməsi ilə bağlı istintaq çərçivəsində Kirazın otağında aparılan araşdırmalar nəticəsində çox sayda qan nümunəsi alınıb. Eyni zamanda, prokurora məxsus 3 cib telefonu, kompüter və kompüter proqramları müəyyən edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.