Mer Azərbaycanın pulu ilə tariximizi məhv edir – ŞOK FAKT/FOTOLAR
4-04-2015, 15:04
Dərbənd şəhərinin meri İmam Yaraliyev azərbaycanlıların heysiyyatına toxunub. Arqument.az-a verilən xəbərə görə, şəhərin mərkəzində yerləşən Nizami parkı buldozer qabağına verilib. Min ilə yaxın tarixi olan ərazinin şumlanması azərbaycanlıları qəzəbləndirib. Çünki həmin ərazidə XI-XII əsrlərə aid türk qəbirləri də dağıdılıb.
Dərbənd şəhərinin 2 min illik yubileyinə hazırlaşan Yaraliyev sakinlərin ard-arası kəsilməyən müraciətlərinə əhəmiyyət vermir. Problemin maraqlı tərəfi isə budur ki, söküntü aparılan yerdə Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə Olimpiya Kompleksi tikiləcək.
Bildirək ki, şəhərin azərbaycanlı əhalisi bir müddət öncə merə müraciət edib. Onlar parkın söküntüsününü dayandırılmasını, Olimpiya Kompleksinin isə şəhərin girişində tikilməsini xahiş ediblər. Lakin buna əhəmiyyət verən olmayıb.
Dərbənddən Arqument.Az-a verilən məlumatda azərbaycanlıların tarixini elə Azərbaycan hökumətinin verdiyi pulla dağıdan Yaralıyevin “Sadval” təşkilatı tərəfindən dəstəkləndiyi də idda edilir.