Türkiyədə dövlət məmurlarına qarşı yeni terror aktları hazırlanır

4-04-2015, 15:05           
Türkiyədə dövlət məmurlarına qarşı yeni terror aktları hazırlanır Türkiyədə “İnqilabçı Xalq Qurtuluş Partiyası – Cəbhəsi” (DHKP-C) terror təşkilatının ölkədə bir sıra terror aktları hazırlaması barədə yayılan məlumatlardan sonra ölkənin bütün vilayətlərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Trend xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən «Haber7″ kanalı terrorçuların Türkiyədə polis bölmələrinə hücumlar və dövlət məmurlarına qarşı sui-qəsdlər həyata keçirməyə hazırlaşması barədə məlumat yayıb.

Son günlər İstanbulda bir neçə terror aktı törədilib. İlkin məlumatlara görə, polisin keçirdiyi terror əməliyyatı nəticəsində DHKP-C ilə əlaqədə şübhəli bilinən 10 nəfər saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru