Baş Qərargah: RF həmin koordinatlarda türk əsgərlərinin olduğunu bilirdi

11-02-2017, 00:01           
Baş Qərargah: RF həmin koordinatlarda türk əsgərlərinin olduğunu bilirdi
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 9-da Suriyanın Əl-Bab qəsəbəsi ətrafında Rusiya hərbi təyyarəsinin türk əsgərlərini bombalaması ilə bağlı Rusiya tərəfinin məlumatını təkzib edib.

Baş Qərargah bildirib ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun söylədikləri doğru deyil:

“Suriyada aparılan əməliyyat çərçivəsində qüvvələrin bir-birinə zərər verməsinin əngəllənməsi məqsədilə iki ölkə arasında 12 yanvar 2017-ci ildə imzalanan və təxminən 1 aydır qüvvədə olan sazişə uyğun olaraq Türkiyə Silahlı Qüvvələri tərəfindən əməliyyat məlumatları rusiyalı tərəf-müqabillərimizlə müntəzəm paylaşılır.

Fevralın 9-da bombalanan qüvvələrimiz 10 gündən bəri eyni nöqtədədir. Son olaraq fevralın 8-də Rusiya qüvvələrinin nəzarətindəki ərazidən bizə dost qüvvələrin olduğu nöqtəyə raket atılması ilə əlaqədar qüvvələrimizin olduğu yerin koordinatları həmin gün axşam saat 23:11-də Hmeymim bazasındakı əməliyyat mərkəzinin səlahiyyətli şəxslərinə təkrar çatdırılıb. Eyni saatlarda Ankaradakı Rusiya hərbi attaşesi Baş Qərargaha dəvət edilərək eyni koordinatlar ona da verilib”.

Qeyd edək ki, hadisə zamanı 3 türk əsgəri həlak olub, 11-i yaralanıb.

D.Peskov hadisənin səbəbini belə izah edib ki, bombalanan yerin koordinatları Türkiyə tərəfindən verilib və orada türk əsgərləri olmamalı imiş:

“Bizim hərbçilərimiz zərbələr endirərkən türk tərəfdaşlarımız tərəfindən verilən koordinatlar əsasında hərəkət edib. Həmin koordinatlarda türk hərbçiləri olmamalı idi”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru