Ərdoğana aid şeirin tam yasaqlanması iddiası rədd edilib

11-02-2017, 19:45           
Ərdoğana aid şeirin tam yasaqlanması iddiası rədd edilib
Alman komediya ustası Jan Böhmermanın ZDF kanalındakı “Neo Magazin Royale” adlı proqramda Türkiyə prezidenti Ərdoğana aid oxuduğu şeirlə bağlı məhkəmə qərarı çıxıb. Məhkəmə qərarında şeirdəki mübahisəli hissələrin “düşüncə azadlığı” çərçivəsinə sığmadığı ifadə edilib. Ancaq məhkəmə Ərdoğanın şeirin tam şəkildə qadağan edilməsi tələbini də rədd edib.

Belə ki, keçən il Ərdoğan Almaniyadakı vəkili vasitəsilə alman məhkəməsinə etdiyi müraciətdə şeirin tam şəkildə qadağan olunmasını tələb etmişdi. Tələbi qiymətləndirən Hamburg Əyalət Məhkəməsi də ehtiyat tədbiri qərarı alaraq, şeirin bəzi hissələrinin “təhqir məzmunlu və qürura toxunan” şəkildə yazılması səbəbiylə onun Almaniyada oxunmasını qadağan etmişdi. Ərdoğanın vəkili Michael Hubertus von Sprenger ilk məhkəmə iclasında Böhmermanın oxuduğu şeiri “sənət adı altında ən ağır təhqir” olaraq qiymətləndirmişdi.

Böhmermanın vəkili Christian Schertz isə şeirin Almaniyada ifadə azadlığına bədii bir töhfə olduğunu iddia etmişdi.

azadliq.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru