Son 5 ayda Türkiyədə 689 terrorçu məhv edilib

13-02-2017, 09:32           
Son 5 ayda Türkiyədə 689 terrorçu məhv edilib
Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkənin təhlükəsizlik qüvvələrinin terror təşkilatlarına, o cümlədən PKK-a qarşı uğurlu mübarizəsindən danışıb.

Bu barədə “Anadolu” agentliyi xəbər verib.

Nazir bildirib ki, Türkiyənin Hərbi Qüvvələri qış mövsümündə PKK-a qarşı 129 əməliyyat keçirib, terrorçuların qərargahlarına və sığınacaqlarına 125 zərbə endirib. “Türkiyənin 22 vilayətində beş ay ərzində terrorçuların 661 sığınacağı məhv edilib” – deyə S.Soylu qeyd edib.

Bununla yanaşı, antiterror əməliyyatları çərçivəsində terrorçulara kömək etməkdə şübhəli bilinən 8477 nəfər saxlanılıb. Onlardan 2603 nəfər həbs edilib.

Terrorçulara maliyyə dəstəyi verən 79 bələdiyyənin rəhbərliyi dəyişdirilib. “Son 5 ay ərzində 49 “nüfuzlu” terrorçu həbs olunub, 689 terrorçu məhv edilib və 126 terror aktının qarşısı alınıb” – deyə nazir vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru