Türkiyədə prokuroru öldürən terorçuların gizli ofisindən ingilis agenti tapıldı

4-04-2015, 15:06           
Türkiyədə prokuroru öldürən terorçuların gizli ofisindən ingilis agenti tapıldı Dünən İstanbulda terrorçu DHKP-C (İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi) təşkilatına qarşı keçirilən axtarış tədbirləri polislərə şok yaşadıb.
Avropa.info xəbər verir ki, təşkilata aid 45 ünvanda axtarış keçirən polis 30 nəfəri şübhəli şəxs qismində saxlayıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılan 30 nəfərdən 6-sı bölgə üzrə cavabdehlər olub. Saxlanılanlardan birinin isə ingilis agenti olduğu bildirilir.
Bundan başqa polis iki sənədsiz tapança, ov tüfəngi, dalğa kəsən cihaz, çoxlu sayda mərmi və təşkilata aid sənədləri aşkarlayaraq götürüb.
Əməliyyat zamanı polis təşkilata aid gənclər federasiyasının 3 mərtəbəli binasına girməkdə çətinlik çəkib. Polis binaya girərkən gücləndirilmiş 11 polad qapı ilə qarşılaşıb.
Polis həmin 11 qapını qırararaq içəri daxil olmaq istədiyi zamanı periodunda içəridəki təşkilat üzvləri xeyli sayda sənədi yandırmış və təşkilata aid kompyuterlərin hamısını məhv etmişlər.
Binanın daxilində həmçinin divarları və tavanı polad övhələrlə gücləndirilmiş bir otaq da aşkarlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru