Astanada Suriya üzrə görüş baş tutdu - 9 müxalifət qruplaşması iştirak edir

16-02-2017, 12:33           
Astanada Suriya üzrə görüş baş tutdu - 9 müxalifət qruplaşması iştirak edir
Astanada Suriya üzrə keçirilən görüşdə doqquz müxalifət qruplaşması iştirak edir.

SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Xarici işlər Nazirliyinin Asiya və Afrika Departamentinin direktoru Aydarbek Tumatov məlumat verib.

“Müxalifət nümayəndə heyətinə “Ceyş əl-İslam” qruplaşmasının nümayəndəsi Məhəmməd Alluş rəhbərlik edir. Görüşdə Suriya müxalifətindən ümumilikdə doqquz qruplaşma iştirak edir”, - deyə o bildirib.

Qazaxıstan XİN-in yüksək vəzifəli rəsmisi Astanada müxalifət və Suriya hökumətinin birbaşa danışıqlarının mümkünlüyünün nəzərdən keçirlidiyini də qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru